Torpaq çərşənbəsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Tədbirin keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına dəstək olmaq, ətraf mühitin mühafizəsini təşviq etmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Qeyd edək ki, təşkil olunan ağacəkmə aksiyaları Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin qorunmasına ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinə xidmət edir.