Ağac ək


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində müxtəlif qurumların iştirakı ilə ağacəkmə aksiyaları keçirilib

icon donation 16 May 2026

15 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyaları təşkil olunub.

Aksiyalarda Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları, 50-dən çox müharibə iştirakçısı, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, onların övladları və ekokönüllülər iştirak ediblər. Tədbir çərçivəsində ərazidə Eldar şamı və zeytun ağacları əkilib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Energetika Nazirliyinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağac növləri əkilib.

Növbəti ağacəkmə aksiyası isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları və ekokönüllülərin iştirakı ilə baş tutub.

Keçirilən aksiyaların əsas məqsədi yaşıllıq sahələrini genişləndirmək, ekoloji tarazlığın qorunmasına dəstək olmaq və cəmiyyətdə ekoloji məsuliyyətin təşviqinə töhfə verməkdir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!